Leyla Əliyevanın iki dəfə təbrik etdiyi “Marsey” idman klubunun Bakıda açılışı olub – Fuad MADATOV - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Leyla Əliyevanın iki dəfə təbrik etdiyi “Marsey” idman klubunun Bakıda açılışı olub – Fuad MADATOV
Tarih: 27.03.2018 > Kaç kez okundu? 1079

Paylaş


“Uşaqlar və gənclər məşq etmək üçün bizə müraciət edəndə, onlarla qısa müsahibə aparırıq və onlara nə məqsədlə idmanla məşğul olacağını soruşuruq. Onlar biri-birindən maraqlı fikirlər səsləndirirlər. Amma bütün bunlara baxmayaraq, biz hər bir şəxsə idmanın faydalarından danışırıq. Tələbələrə məsləhət edirik ki, küçədə, məktəbdə, ümumiyyətlə, ictimai yerlərdə idmandan öyrəndiklərinizi tətbiq etməyin: səbirli olun, ağıllı davranın və əsasən dərslərinizdən yayınmayın, çoxlu kitablar oxuyun. İdmanla yalnız onun üçün məşğul olun ki, məşqlərdə nümunəvi, əzmkarlıq göstərəsiniz və yarışlara qatılasınız, qalib olasınız. Bununla da həm Azərbaycanın bayrağını yüksəklərə qaldırmış, həm də güclü olduğunuzu isbat etmiş olacaqsınız. Ümumiyyətlə, tələbələrimizi pis vərdişlərdən uzaq tutmağa çalışırıq. Onlara mütəmadı olaraq xəbərdarlıq edirik ki, çayxanalarda, qəlyanxanalarda və yaxud əyləncə mərkəzlərində vaxt keçirdiklərini bilsək, yarışlardan uzaqlaşdıracağıq. Tələbələrimizə ciddi nəzarət edirik.”

Bunu ötən gün Bakıda açılışı olan “Marsey” idman klubunun MMA (Mixed Martial Arts - qarışıq döyüş sənəti) üzrə məşqçisi, peşəkar idmançı Əhməd Rüstəmov deyib. O, klubun fəaliyyətindən bəhs edərək bildirib ki, Ümumrusiya Azərbaycan Konqresinin yerli nümayəndəliyinin rəhbəri və “Marsey” idman klubunun prezidenti Seyran Hüseynovun dəstəyi ilə eyniadlı klubu ilk dəfə Azəbaycanda Bakıda təsis ediblər:

““Marsey” idman klubu Kanadada, Kubada, Dağıstanda, o cümlədən Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərir.

Bakıdakı Klubda üzgüçülük, fitnes, kikboksinq və MMA məşqləri keçirilir. Kikboksinq idman növündən, beynəlxalq dərəcəli məşqçi və Azərbaycanın əməkdar məşqçisi Ruhi Hüseynov dərs deyir. Həmçinin Ruhi müəllim klubun baş məşqçisidir. Fitnes üzrə məşqçimiz isə 25 illik təcrübəyə malik Rauf Əliyevdir.

Digər məşqçilərlə də danışıqlar aparırıq. Qarşıdakı günlərdə cüdo, sambo və digər idman növlərində də məşqlərin keçirilməsini planlaşdırırıq.”

Ə.Rüstəmov onu da qeyd edib ki, Moskvada “Marsey” idman klubunda Heydər Əliyev Fondunun vitse-prezidenti və həmin fondun Rusiya nümayəndəliyinin rəhbəri, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri Leyla Əliyeva iki dəfə təbrik edib.

Peşəkar idmançı qısa zaman ərzində klubun fəaliyyətini uğurla qeyd edib:

“Bu yaxınlarda İsmayıl rayonunda keçirilən kikboksinq üzrə Azərbaycan çempionatında iki idmançısı mübarizə aparıblar. Onlardan biri Ruhi Hüseynovun tələbəsi Ruslan Hüseynovdur. Ruslan Ruhi müəllimin oğludur.

Bundan başqa, bu ilin may ayında Ukraynanın Odessa şəhərində keçiriləcək MMA üzrə beynəlxalq çempionatda mən və Ruhi Hüseynovun tələbələri mübarizə aparacaqlar.

Daha sonra qarşıdakı aylarda Rusiyanın Kislovodsk şəhərində peşəkarlar arasında MMA üzrə dünya çempiontı keçirləcək. Bu yarışda da tələbələrimiz iştirak edəcəklər.”

Məlumat üçün bildər ki, “Marsey” idman klubunun açılış mərasimində Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, 5 qat dünya çempionu, peşəkarlar arasında Avropa kəmərinin sahibi, dəfələrlə beynəlxalq turnirlərin qalibi Ehram Məcidov, Azərbaycan Pankration (Qaydasız Döyüş) Federasiyasının prezidenti Azad Əsgərov və başqa tanınmış idman nümayəndələri iştirak ediblər.

Fuad Mədətov

FOTO: Mahir Hüseynbəyli





Yorumlar









Aktif Ziyaretçi 34
Dün Tekil 1349
Bugün Tekil 1142
Toplam Tekil 4074418
IP 3.145.36.10






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























15 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Asil yetimler anadan babadan de il, ilim ve ahlaktan yoksun olanlard r. (HZ. AL )


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.406 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu