Qorxaqlıq zülümcüllüyün fitvasıdır - Bəhmən SULTANLI - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Qorxaqlıq zülümcüllüyün fitvasıdır - Bəhmən SULTANLI
Tarih: 07.07.2017 > Kaç kez okundu? 1195

Paylaş


Qorxaqlıq zülümcüllüyün fitvasıdır



Fillər Fili Əyalət heyvanlarının məmləkət başçısı idi. O, heyvanların dikbaşlarını, qürurlularını, cəsarətlilərini, çoxbilmişlərini sevmirdi. Ona elə gəlirdi, o cür heyvanlar sıradan çıxarılmasa, hər zaman başağrısı verə bilər. Təkə, Qoç, Qurd, İlan, Qartal, Şir, Pələng, Ayı, Uzundimdik... Fillər Filinin daha çox ehtiyatlandığı, təlükəli saydığı heyvanlar idi. Tülkü, Çaqqal, Qoyun, Dovşan, Yalahürən, Dizçökən, Ayaqöpən, Qabyalayan... rəğbət bəslədiyi, ümid gözlədiyi heyvanları təmsil edirdi.

Son zamanlar Təkə haqqında düşündükləri, göz önünə gətirdikləri, özəlliklə onun qürurlu yerişi Fillər Filinin yuxusunu daha çox pozurdu. Təkə qürurlu heyvandır, yeriyəndə də çənəsini geri çəkir, buynuzlarını irəli çıxardıb türk əsgəri kimi qürurla, şəstlə addımlayır, lovğa görkəm alır. Fillər Fili isə, bu yerişi göz önünə gətirib birdən ona sarı gələcəyini xəyalına gətirib öz-özünə üşənirdi, əndişəyə düşürdü. Əslində Təkə təbiətinə görə inadcıl, zorakılığa meylli heyvan deyil. Əyalət heyvanları ona görə də ondan təhlükə görmürdülər. Ancaq, taxt-tacı itirmək qorxusu, sağlamlığına xəsarət yetirilmək üşəntisi Fillər Filini tərk etmirdi. O, Təkəni özündən uzaqlaşdırmağı, zərərsizləşdirməyi qarşısındakı məsələlərin ən başlıcası, ən vacibi sayırdı.

Onun fikrincə, Təkəni zərərsizləşdirməyin başlıca yollarından biri onu Əyalətdən uzaqlaşdırmaq, didərgin salmaq ola bilərdi. Bu düşmənini bu yolla, başqa düşmənlərini başqa-başqa yollarla zərərsizləşdirməyi düşünürdü, götür-qoy edirdi. Fillər Filinə görə, didərgin salmaq düşünüldüyü qədər sadə, anlaşıldığı qədər asanlıqla başa gələn iş deyildi. Çünki o, Fillər Filinin təxəyyülünə görə, Təkə ona buynuz göstərə, onun üstünə yeriyə bilərdi. Belə olanda, Fillər Fili məmləkətdə nüfuzdan düşə, bir anda Taxt-Tacdan salına da bilərdi. Odur, düşünmək, daşınmaq, Təkəni Əyalətdən didərgin salmaq üçün bəhanə tapmaq, ciddi, ağlagəlməz özül yaratmaq tələb olunurdu. Axı, Təkənin niyə didərgin salındığı heyvanların bir çoxuna qaranlıq qala bilərdi! Sonra da onlar Fillər Filinə qarşı baş qaldıra bilərdilər. Fillər Fili bunun çıxış yolunu Təkəni özbaşınalıqlar etməkdə, heyvanlara işgəncə verməkdə, onların otlaqlarını, yataqlarını mənimsəməkdə, dəbdəbəli həyata meyillilikdə, lovğalıqda, başqa-başqa cinayət əməllərində suçlamaqda tapmışdı. Fillər Fili belə yolların tapılmasında çox böyük yol keçmişdi, olduqca mahir idi. O, bunun məqsədə kömək edəcəyini, indiki məqam üçün daha inandırıcı görünə biləcəyini təsəvvürünə gətirərək bir qədər rahatlıq tapırdı, özlüyündə özünün ağlagəlməz oyunlar qurmaq bacarığı ilə qürrələndi də. Bununla, Əl Heyvanlarının, yalahürənlərin, ayaqyalayanların, qabyalayanların, dizçökənlərin, sürünənlərin Təkənin üzünə “at kimi” duracaqlarına, heyvanlar arasında Təkənin deyilən “cinayətcil” əməllərini yayacaqlarına şübhəsi belə, yox idi. Fillər Fili olduqca çox ayıq heyvandı, vaxt itirməyi təhlükənin yaxınlaşmasına yaranan şərait kimi dəyərləndirirdi, düşünürdü, zaman itgisinə yol vermək olmaz. Yolkəsəni yanına çağırıb dedi:

-Sənin öz bildiyinə görə, öz işlərini qurmaq üçün əl heyvanlarını, yalahürənləri, qabyalayanları, ayaqöpənləri, sürünənləri, dizçökənləri müəyyənləşdirməlisən.fikrini düz anlamışam?

Yolkəsən:

-Bəli, sevimli ağam!

Fillər Fili:

-Sənin öz bildiyin kimi, sonra onlarla məşğul olmalısan, onları yaxşıca təlimatlandırmalısan. Düşünürsən, bu heyvanlar işgörən, verilən tapşırıqları layiqincə həyata keçirən olmalıdırlar. Düşünürsən, belə etsən, öz işlərinin öhdəsindən gələ bilərsən, işlərinin öhdəsindən gələ bilməsən, səni nə gözlədiyini də bilməmiş olmazsan. Özünü doğrultmağın üçün sənin başqa yolun yoxdur, varsa, de görüm. Mənə məlumat çatdırıblar, Təkə Əyalətə yaxınlaşmaq istəyir, de görüm, sən onun yaxınlaşmasından bizə hər hansı təhlükə görürsənmi?

Yolkəsən dedi:

- Möhtərəm ağam, siz təhlükə görürsünüzsə, ağzım nədir, mən görməyim? Sözsüzdür, mən də görməliyəm. Ancaq bir məsələ qalır. Axı keçilər yenə təkə-məkə əkib-doğa bilərlər. Gərək düşünüb tapam, elə olanda nə etməliyəm?

Fillər Fili bir qədər fikrə getdi, daha ciddi görkəm alıb yenidən vurğuladı:

-Təkə bizim üçün təhlükə törədə bilər. Doğrudur, anaları yenidən təkə doğa bilərlər, ataları yenidən təkə əkə bilərlər. Təkələr əkə bilən atalar haqqında, təkələr doğa bilən analar haqqında da sən yaxşı tədbirlər düşünə bilərsən. Sən özün onu məndən yaxşı biirsən, onları ya məhv etmək, ya da Əyalətdən uzaqlaşdırmaq lazım gələcək. Bunları sənə mən demirəm, özün düşünürsən. Sənin dediyinə görə, sonra belələri haqqında tədbir görməlisən. Bunları sən bilirsən, sən deyirsən. Belə şeylər heç mənim ağlıma gəlməz.

Sən onun özünü necə aparmasını, buynuzunu önə verib necə arxayın-arxayın gəzməsini başqa cür anlada bilmirsən. Deyirsən, o, buradakı heyvanların gözünün odunu alıb, otlaqlarını mənimsəyib, özlərinə işgəncə verib, özünü lovğa aparıb, bir çox başqa böyük cinayətlər də törədib. Sən bir Yolkəsən olaraq bunları indiyədək niyə görməmisən, indi görübsən, niyə bu haqda mənə bircə söz də deməmisən? Bunu bilməlisən, bu bağışlanılmaz hərəkətlər barədə lazımlı məlumatları mənə başqaları çatdırıblar, sən yox ha. Düşmən haqqında “Əyalət heyvanlarının dinc yaşaması, dinc, firəvan ömür sürməsi üçün Təkəni buraya yaxın buraxmaq olmaz” tələbini bir Yolkəsən olaraq sən ortaya atdın. Mənə başqaları da deyir: “qoy Təkə buradan uzaqlaşsın, o, buraya bir daha yaxın gəlmək şansını itirsin”. Niyə bunları mənə sən zamanında demirsən, olsun, sənin o yaramazla hansısa bir bağlılığın var! Sənin bir qurtuluş şansın olaraq söz vermisən, ciddi iş görməlisən. Elə isə, gərək bu saat gedib əl heyvanlarını, yalahürənləri, sürünənləri, qabyalayanları, ayaqöpənləri, dizçökənləri toplayıb tədbir görəsən, anladınmı, mən səni düzmü anlamışam?

Yolkəsən:

-Anladım, möhtərəm ağam, ağzım nədir Sizin yinizi anlamayım?

Fillər Fili sınırlı hal alıb dedi:

-De görüm, hansı yolla Təkəni Əyalətə gəlmək fikrindən daşındıra, onu qovub küncə sıxışdıra bilərsən?

Yolkəsən gözləmədiyi suala cavab tapmağa çətinlik çəkib sıxıldı, özünə gələndən sonra Fillər Filinin dediklərini yadına salıb dedi:

-Möhtərəm ağam, iki Əl Çaqqalı seçsəm, onların hərəsinin boynuna iki qazan qapağı asıb Təkənin səsi gələn səmtə qovsam, yalnız sizin qüdrətiniz sayəsində buna nail ola biləcəyimi düşünürəm. Buna əsasım var, düşünürəm, çaqqallar qaçan zaman qazan qapaqları bir-birinə dəyib səs qoparar, Təkə bu səsdən qorxuya düşüb üzünü uzaqlara çevirərək “dabanına tüpürüb” qaçar, gözdən itər. Bu qorxu onu Əyalətə gəlmək fikrindən daşındırar. Qorxusu onda olar, elə bilər, onu sürüyə-sürüyə aparıb dərin, qaranlıq dərəyə atmağa gəliblər, səsdən qorxuya düşüb bir gözü öndə, bir gözü arxada ərazidən uzaqlaşar eee, lap uzaqlara qaçar. Bundan soraq tutan o biri heyvanlar da daim qorxu altında, səksəkədə yaşayarlar, “indi gələrlər...” deyə, düşünərlər. Mən Təkəni bu yolla buralara gəlmək fikrindən döndərə biləcəyimi sizin sayənizdə ağlıma gətirirəm.

Bu fikir Fillər Filnə xoş gəldi, o, bığaltı qımışdı da. Ancaq Fillər Fili Fil idi, xoşlandığını büruza verməyib bir qədər də sərt halda dedi:

-Get, işini necə özün bilirsən, o cür də qur, bizdə demokratiya, plüralizm hökm sürür, səni məcbur eləyə bilmərəm özün bildiyin kimi yox, mən deyən kimi eləyəsən, əslində, mən sənə bir şey deməmişəm. Yox, yox mən o cür sözlər deyə bilmərəm, elə şeylər mənim ağlıma da gəlməz, onu mən eləyə bilmərəm. Mən heç zaman haqqı, ədaləti ayaqlar altına atmaram.

Yolkəsən qatlanıb düzələ-düzələ ayrılıb görəv borcunu yerinə yetirmək üçün yola düşdü. O, Baş Qurdbasanı tapıb ona tezcə iki çaqqal tapmağı, onların hər birinin boynundan iki qazan qapağı asıb Təkənin olduğu tərəfə qovalamağı tapşırdı. Qazan qapaqlarının səsini eşidən Təkə, səssiz-səmirsiz küncə qısılıb gizləndi. O, bir anlığa küncdən çıxmağa məqam gözləməyi düşündü. Bundan soraq tutan Əyalət heyvanları bilmədilər qorxudan harada gizlənsinlər, başlarına nə çarə qılsınlar. Yolkəsən tapşırığı yerinə yetirdiyini möhtərəm Fillər Filinə çatdırdı.

Fillər Fili buna sevinsə də özünü hiddətlənmiş kimi göstərdi, qorxunc səslə Yolkəsənə dedi:

-Deyirsən, Təkənin yaxınları da heç vaxt dinc durmayacaqlar. İstəyirsən bu saat gedib onun qohum-qardaşlarının, dost-tanışlarının, qonşularının adlarını müəyyənləşdirəsən, hamısını tapdırıb, sürüdə-sürüdə dərin, qaranlıq dərəyə atdırasan, yuxarıdan da üstlərinə iri daşlardan diyirlətdirəsən, İlanlardan da yanlarına saldırasan, qoy boyunlarına dolaşsınlar. Səni düz anlamışam?

Yolkəsən:

-Siz deyən kimi düşünmüşəm, möhtərəmim, ağzım nədir, başqa cür düşünəm?!

Yolkəsən yalahürənlərdən, ayaqöpənlərdən, qabyalayanlardan, dizçökənlərdən bir neçəsini çağırıb Təkənin hansı qohum-qardaşlarının, dost-tanışlarının, qonşularının olduğunu soruşdu. Yalahürənlər, qabyalayanlar, ayaqöpənlər, dizçökənlər belə işlərdə mahirdilər, tez yüyürüb bir-bir hamısının adını, yerini öyrənib Yolkəsənə dedilər. Yolkəsən bunları da siyahıya artırdı, sonra da axtarılıb tapılmalarını Əl heyvanlarına tapşırdı. Təkənin yaxınlarından bir çoxu balalarına yem axtarmaq üçün başqa-başqa meşələrə, cəngəlliklərə getmişdilər. Onları da bir-bir axtarıb tapdırdılar, gətirdib hamısını həmin dərəyə doldurtdurdular. Yolkəsən bu haqda Fillər Filinə məlumat çatdırdı. Fillər Fili bundan məmnun qaldı, Təkənin “təhlükəli əməlləri”ndən, bu işə yaxınlarını da qoşduqlarından Əyalət heyvanlarına həyəcanla car çəkdi. Yalahürənlər, qabyalayanlar, ayaqöpənlər, dizçökənlər üçün girəvə düşdü. Onlar Təkənin haqqında bildiklərini, bilmədiklərini, nə var idisə, nə yox idisə, hamısını Əyalət heyvanları arasında yaydılar, onlar haqqında Fillər Filinin, Yolkəsənin ağlına gəlməyən ittihamlar irəli sürdülər. Az qala Təkəni heyvan düşməni, heyvanların qənimi adlandırdılar. Heyvanların buna inanmaqdan başqa çıxış yolu, inanmamaq çarəsi qalmamışdı. Axı, inamsızlıq örnəyi sərgiləmək heyvanlara dərin, qaranlıq dərəyə atılmaqla, boyunlarına ilan sarıtmaqla yanaşı, lap bundan da ağır cəzaya başa gələ bilərdi!..

Yolkəsən tapşırığı yerinə yetirdiyinə görə Fillər Filinə öz sədaqətini cəsarətlə nümayiş elətdirirdi. Fillər Fili yalahürənlərə, ayaqöpənlərə, qabyalayanlara, dizçökənlərə imtiyazları əsirgəmədi, Yolkəsəni də Qızıl Zınqırovla mükafatlandırdı. Görülən tədbirlər isə Əyalətdə böyük qorxu, çaşqınlıq, üşütmə yaratmışdı. Heyvanlar elə bilirdi, indicə onların hamısını aparıb qaranlıq, dərin dərəyə atacaqlar, üstlərinə yuxarıdan iri daşlar diyirlədəcəklər, boyunlarına İlanlar sarıdacaqlar. Qürurlu heyvanların çoxu özlərinə qarşı gələcək təhlükəni duyduqlarından, baş götürüb Əyalətdən uzaq-uzaq yerlərə, Heyvan ağlına gəlməyən daşlı-kəsəkli çöllərə didərgin düşdülər...

Fillər Fili bundan sonra dərindən bir qədər nəfəs aldı, daha bir müddət rahatlanacağını güman etdi. Ancaq onun belə əməlləri “fələyin çarxını geri döndərmək” gücündə olmadı...

Ağaclar, otlar boyunlarını bükərək haqqın tapdandığı, ədalətin itdiyi bir yerdə yaşamağın mümkün olmayacağından məyusluq keçirirdilər.

Gün gəldi, onlar üçün də xoşbaxt həyata qovuşmaq şansı yarandı...



Bəhmən SULTANLI



“Hürriyət” qəz., 04.06.2017; http://www.turansam.org/makale.php?id=11189





Yorumlar









Aktif Ziyaretçi 29
Dün Tekil 1787
Bugün Tekil 583
Toplam Tekil 4068504
IP 18.222.184.162






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























11 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


Sevgim - Millete!
Vurgunlu um - Azadl a ve adalete!
itaatim - Hocalar ma!
Borcum - Dostlar ma ve meslekta lar ma!
Nefretim - Yalanc lara ve iki y zl lere!

(Eb lfez EL BEY)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.215 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu