Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyi və Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun Mətbuat üçün açıqlaması - TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi - http://www.turansam.org









Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyi və Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun Mətbuat üçün açıqlaması
Tarih: 19.05.2017 > Kaç kez okundu? 130

Paylaş


Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyi və Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun



Mətbuat üçün açıqlaması



Bakı, 19 may 2017-ci il





Bakıda Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək



TƏDBİRDƏ TÜRKİYƏDƏN 100 NƏFƏRƏ YAXIN TANINMIŞ SƏNƏT USTASI İŞTİRAK EDƏCƏK



Mayın 20-21-də Bakıda, Sabir bağında Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Turizm Müşavirliyinin və Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşkilatçılığı ilə Türkiyənin mədəniyyət və turizm günləri keçiriləcək. Tədbir “Bakı-2017”

IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun təşəbbüsü ilə keçirilən İslam ölkələrinin “Mədəniyət günləri” çərçivəsində baş tutacaq.

Səfirliklə yanaşı İstanbul Böyükşəhər Bələdiyyəsinin də dəstək verdiyi tədbirə Türkiyədən 100 nəfərə yaxın sənət ustası qatılacaq.

Tədbir iki gün ərzində səhər saat 11-00-dan gecə 00:00-dək davam edəcək.

Proqrama uyğun olaraq ziyarətçilərə saat 15:00, 16:00, 19:00, 20:00 və 21:00-da bir-birindən maraqlı konsertlər təqdim olunacaq.

Tədbirdə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Xalq Rəqsləri Ansamblı, Tarixi Mehtaran Ansamblı, Türk xalq musiqisindən Volkan Gözüböyük, Meltem Seyfelioğlu, Türk sənət musiqisindən Günay Şimşek, Yıldız Çam Özdemir kimi görkəmli sənət ustaları iştirak edəcəklər. Bundan başqa Türkiyənin Dövlət Operasının məşhur tenoru Emrah Sözer və sopranosu Aslı Kıyıcı ziyarətçilərə ayrı-ayrı operalardan parçalar təqdim edəcəklər.

Tədbirin xüsusi qonaqları arasında Niran Ünsal və Burak Kut kimi populyar müğənnilər var. N.Ünsal şənbə, B.Kut isə bazar günü, gecə saat 21:00-da pərəstişkarları ilə görüşəcək.

Sabir bağında iki gün ərzində Türkiyənin çini (dulusçuluk), ebru, hüs-i hat, naxış-telqırma-telsarıma, sədəfkarlıq və digər əli işi sənəti ustaları öz məharətlərini göstərəcəklər. Bundan başqa, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin özəl nəşrləri, təbliğat materialları, Türk Dünyası Vəqfinin kitabları və türk yazıçı-şairlərinin Azərbaycanda çap olunmuş əsərləri sərgilənəcək. Həmçinin, tədbir meydanındakı böyük ekranlarda Türkiyənin tanıtım filmləri nümayiş olunacaq.

Tədbirin açılış mərasimi sabah saat 18:00-da baş tutacaq. Mərasimdə Türkiyənin Azərbaycandakı Səfirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Milli Tuizm Təbliğat Bürosunun rəsmi nümayəndələri, media mənsubları və çoxsaylı qonaqlar iştirak edəcəklər.





Yorumlar










Aktif Ziyaretçi 22
Dün Tekil 876
Bugün Tekil 354
Toplam Tekil 1934502
IP 54.166.199.178






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:

































































30 Muharrem 1439
Ekim 2017
P
S
Ç
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31


Vatan ne Türkiyedir Türklere ne Türkistan,
Vatan büyük ve müebbet bir ülkedir: TURAN
(Ziya GÖKALP)


Ekle Çıkar









Anasayfa - Amaç - Misyon - Vizyon - Faaliyetler - Tüzük - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2017 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.502 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap

"Bu site en iyi mozilla firefox'ta 1280x960 çözünürlükte görüntülenir."

Turan Portal v1.3 | Tasarım TURAN-SAM , Kodlama Serkan Aygün

Turan Nedir?, Bilimsel Dergiler, En popüler Bilimsel Dergi, Endeksli Bilimsel Dergiler, Saygın Bilimsel Dergi, Türk Dünyasının en popüler ve en saygın Bilimsel Hakemli Dergisi, SSCI, SCI, citation index, Turan, Türk Devletleri, Türk Birligi, Türk Dünyası, Türk Cumhuriyetleri, Türki Cumhuriyetler, Özerk Türkler, Öztürkler, Milliyetçi, Türkçü, Turancı, Turan Askerleri, ALLAH'ın askerleri, Turan Birliği, Panturan, Pantürk, Panturkist, Türk, Dünyası, Stratejik, CSR, SAM, Center for Strategical Researches, Araştırma, Merkezi, Türkiye, Ankara, İstanbul, Azer, Azeri, Azerbaycan, Bakü, Kazakistan, Alma-Ata, Astana, Kırgız, Bişkek, Kırgızistan, Özbekistan, Özbek, Taşkent, Türkmen, Türkmenistan, Turkmenistan, Aşxabad, Aşkabat, Ozbekistan, Kazakhstan, Uzbekistan, North, Cyprus, Kıbrıs, MHP, AKP, CHP, TURKEY, Turancılık, KKTC, Vatan, Ülke, Millet, Bayrak, Milliyet, Cumhuriyet, Respublika, Alparslan Türkeş, Atatürk, Elçibey, Bahçeli, Aytmatov, Bahtiyar Vahabzade, Yusuf Akçura, Zeki Velidi Togan, İsmail Gaspıralı, Gaspırinski, Nihal Atsız, Alptekin, Kürşad, Tarih, Kardeş, Xalq, Halk, Milletçi, Milliyetçi, Yürek, Ürek, Türklük, Beynelxalq, Arbitrli, Elmi, Jurnal, Nüfuzlu