Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilmişdir - Narmin İSMAYILOVA - TURAN-SAM : TURAN Stratejik Ara?t?rmalar Merkezi - http://www.turansam.org









Azərbaycan Ümümdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilmişdir - Narmin İSMAYILOVA
Tarih: 01.11.2016 > Kaç kez okundu? 1639

Paylaş


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti 31 oktyabr 2016-cı il tarixində Misirin Luksor şəhərində keçirilən Birləşmiş Mİllətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında iştirak edir.

Məlum olduğu kimi, Azərbaycan öz namizədliyini sədrliyə təqdim etmiş, aparılmış danışıqlar nəticəsində və üzv ölkələrin dəstəyi ilə ölkəmizin sədrliyi təsdiqlənmişdir.

Sədrin birinci müavini Zambiya, ikinci müavini isə Serbiya seçilmişdir.

Bununla bağlı, Azərbaycan adından sədr qismində çıxış edən Əbülfəs Qarayev sədrlik müddətində Ümumdünya Turizm Təşkilatı tərəfindən turizmin inkişafı və insanların rifahına töhfə verməsi, həmçinin 2017-ci ilin "İnkişaf naminə davamlı turizm beynəlxalq ili” olduğunu nəzərə alaraq, bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləyəcəyini bildirdi.

Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi və təşəbbüsü ilə turizm sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq, ölkəmizin beynəlxalq turizm məkanında qazandığı nüfuz və etimadın, habelə BMT sisteminin ixtisaslaşmış təşkilatı olan ümumdünya Turizm Təşkilatının və İcraiyyə Şurasına üzv olan dövlətlərinin ölkəmizə olan etibarının göstəricisidir.





Yorumlar









Aktif Ziyaretçi 36
Dün Tekil 1505
Bugün Tekil 1617
Toplam Tekil 4076398
IP 3.143.218.146






TURAN-SAM PRINTED ISSN: 1308-8041
TURAN-SAM ONLINE ISSN: 1309-4033
Journal is indexed by:





























16 Sevval 1445
Nisan 2024
P
S
P
C
Ct
P
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30


T rk milletindenim diyen insanlar her eyden nce ve mutlaka T rk e konu mal d r.
(Mustafa Kemal ATAT RK)


Ekle kar









Anasayfa - Amaç - Hedefimiz - Mefkuremiz - Faaliyetler - Yönetim - Yasal Uyarı - İletişim

Her Hakkı Saklıdır © 2007 - 2023 TURAN-SAM : TURAN Stratejik Araştırmalar Merkezi
Sayfa 1.311 saniyede oluşturulmuştur.

TURAN-SAM rssTURAN-SAM rss
Google Sitemap